A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsində Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr olunan tədbir keçirilib.

Anım mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Heydər Əliyevin həyat və fəaliyyəti haqqında hazırlanmış videoçarx nümayiş etdirilib.

Fakültə dekanı i.f.d. Yusif Əliyev çıxışında Ulu Öndərin Azərbaycan dövlətçiliyinin qurulması və inkişafında müstəsna xidmətlərindən bəhs edib. O, Heydər Əliyevin elmə, təhsilə və gənclərə göstərdiyi xüsusi diqqətin bu gün də ölkənin inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.

Tədbirdə İqtisadiyyat və İşlətmə kafedrasının baş müəllimi Nəriman Xanəhmədov Heydər Əliyevin dövlətçilik ideyalarının əhəmiyyəti, həyata keçirdiyi iqtisadi islahatlar və müasir Azərbaycan dövlətinin formalaşmasındakı rolu barədə məruzə ilə çıxış edib.

Daha sonra tələbələrin hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub və Ulu Öndərin gənclərə dair dəyərli fikirlərindən sitatlar səsləndirilib.

Sonda tədbir iştirakçıları Heydər Əliyev irsinin Azərbaycan xalqı üçün əbədi yol göstəricisi olduğunu, bu irsin qorunub yaşadılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay