UNEC-in Türk Dünyası İqtisad Fakültəsində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş seminar təşkil edilib.
Tədbir Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin qanlı, lakin şərəfli səhifələrindən biri olan 20 Yanvar hadisələrinin xatirəsinə ithaf olunub.
Seminarda fakültənin dekanı, iqtisad üzrə fəlsəfə doktoru Yusif Əliyev, dekan müavini Cavahirxanım Məmmədova, İqtisadiyyat və İşlətmə kafedrasının baş müəllimi Nəriman Xanəhmədov, eləcə də fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Çıxışlar zamanı 20 Yanvar faciəsinin tarixi-siyasi əhəmiyyəti, milli yaddaşımızdakı yeri və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasındakı mühüm rolu xüsusi vurğulanıb. Qeyd edilib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik yolunda dönməz iradəsinin, azadlıq əzminin bariz nümunəsidir və bu hadisə xalqımızın milli kimliyinin formalaşmasında mühüm yer tutur.
Tədbirin sonunda 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.