UNEC Rus İqtisad Məktəbində (RİM) “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının dosenti Adik Məmmədov tərəfindən sudan səmərəli istifadə mövzusunda açıq mühazirə keçirilib.
Mühazirə zamanı Adik Məmmədov sudan səmərəli istifadənin ümumilikdə bəşəriyyət, xüsusilə də içməli su qıtlığı yaşayan Azərbaycan kimi ölkələr üçün əhəmiyyətindən bəhs edib. O, suya qənaətin vacibliyini tələbələrə konkret statistik rəqəmlər əsasında izah edib, resursların düzgün idarə olunmasının önəmini vurğulayıb.
Eyni zamanda, dosent gündəlik həyatda suya qənaətin vərdiş halına gətirilməsinin zəruriliyini qeyd edib və bu istiqamətdə maarifləndirmənin əhəmiyyətini diqqətə çatdırıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.