A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn Məktəbində, Ümumi fənlərin tədrisinin təşkili departamentində keçirilən xüsusi dərslər zamanı soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, mövzuya həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

Çıxış edənlər 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların hər il anılmasının vacibliyini vurğulayaraq, bu faciələrin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən danışıblar. Bildirilib ki, həmin dövrdə daşnak-bolşevik qüvvələri tərəfindən Bakıda və ətraf bölgələrdə kütləvi qətliamlar törədilib, minlərlə dinc sakin həyatını itirib.

Qeyd olunub ki, hadisələr təkcə Bakı ilə məhdudlaşmayıb, digər bölgələrdə də ağır faciələr yaşanıb, yaşayış məntəqələri dağıdılıb, mədəni və dini abidələr məhv edilib.

Həmçinin vurğulanıb ki, 1998-ci il 26 mart tarixində ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu hadisələrə ilk dəfə siyasi-hüquqi qiymət verilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu sənəd vasitəsilə azərbaycanlıların məruz qaldığı faciələr beynəlxalq ictimaiyyətə çatdırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay