A

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və fəal tələbələr 11 aprel 2023-cü il tarixində Laçın istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun hərbi qulluqçusu, UNEC-in məzunu Vidadi Zalovun övladları ilə görüşüblər.

Bakı şəhəri Nizami rayonunun 214 nömrəli tam orta ümumtəhsil məktəbində və Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada keçirilən görüşlərdə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev şagirdlərlə həmsöhbət olaraq uşaqların sağlam, təhlükəsiz və firavan mühitdə böyüməsinin, onların təhsil alması, hüquqlarının qorunması və rifahının yüksəldilməsinin dövlət siyasətinin başlıca vəzifələrindən biri olduğunu qeyd edib, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasının əhəmiyyətindən danışıb və şəhid Vidadi Zalovun həyat və döyüş yolu barədə məktəblilərə ətraflı məlumat verib.

TOP XƏBƏRLƏR