A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) III kurs tələbələri tələbələri  CFA (Chartered Financial Analyst) proqramının Level I imtahanını uğurla veriblər.

İmtahan nəticələrinə əsasən, Nihad Həsənzadə 1825 bal, İlkin Nəcəfov 1800 bal, Fateh Qafarov isə 1750 bal toplayaraq möhtəşəm uğura imza atıblar.

Qazanılan nəticə ilə ISE-də CFA Level I mərhələsini uğurla başa vuran tələbələrin sayı 15-ə çatıb.

CFA proqramı investisiya və maliyyə sahəsində beynəlxalq səviyyədə tanınan peşəkar sertifikat proqramlarından biridir və onun Level I mərhələsi maliyyə, investisiya alətləri, etik standartlar və digər əsas istiqamətlər üzrə bilikləri qiymətləndirir. 

TOP XƏBƏRLƏR