Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin 2 saylı Kitabxanası kitab fondunun daha geniş təbliği, oxucuların mütaliəyə marağının artırılması və kitabxana xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirdiyi "Ən çox oxunanlar: Yeni və daha çox soruşulan kitablar" layihəsini yenilənmiş formatda təqdim edir.

Layihə bundan sonra "Kitab Bələdçisi" adı ilə videoçarx formatında oxuculara təqdim olunacaq. Layihə çərçivəsində kitabxana fonduna yeni daxil olan nəşrlər, eləcə də oxucular tərəfindən daha çox soruşulan kitablar mütəmadi olaraq tanıdılacaq, onların məzmunu və əhəmiyyəti barədə qısa məlumatlar paylaşılacaq.

İlk videoçarxda kitabxana fonduna daxil edilmiş və müxtəlif sahələri əhatə edən 13 nəşr təqdim olunur. Kitablar təhsil, iqtisadiyyat, politologiya, ekologiya, logistika, informasiya texnologiyaları, süni intellekt, ictimaiyyətlə əlaqələr və digər aktual istiqamətləri əhatə edir.

Videoçarxda təqdim olunan nəşrlər bunlardır:

Abbaslı L. Təhsildə qiymətləndirmə. – Bakı, "CN Poliqrafiya", 2023.

Ağayev F., Məmmədov N. Proqram təminatının inkişafı və bulud hesablamaları. – Bakı, "CN Poliqrafiya", 2023.

Cəfərova G. Təhsildə idarəetmə. – Bakı, "CN Poliqrafiya", 2023.

Əliyeva K. Süni intellekt. – Bakı, ADNSU nəşriyyatı, 2024.

Həsənov E., İlyasov S. Təchizat zəncirlərinin idarə olunmasına giriş. – Bakı, "CN Poliqrafiya", 2023.

Həsənov M. Neftimizin Avropaya uzun yolu. Bu yolun bilinən və bilinməyən faktları, işıqlı və qaranlıq səhifələri. – Bakı, 2025.

İqlim dəyişikliyi və İSO standartları. Ölkəmizdə və bütün dünyada dayanıqlı gələcəyə doğru. – Bakı, "Şərq-Qərb", 2025.

Qurbanov R., Mustafayev K. Excel cibimizdə. Bütün Excel problemlərinin həlli bir kitabda. – Bakı, "Everest", 2025.

Məmmədli Ə. Datalogiyaya giriş və süni intellekt. – Bakı, "CN Poliqrafiya", 2023.

Məmmədova S., Məhərrəmov R. İctimaiyyətlə əlaqələr. – Bakı, UNEC nəşriyyatı, 2025.

Mustafayeva H. Politologiya. – Bakı, UNEC nəşriyyatı, 2025.

Ümumi təhsildə innovativ layihələrin tətbiqi: tədqiqatlar və nəticələr. – Bakı, "CN Poliqrafiya", 2023.

Şuşada məktəb və pedaqoji fikir. – Bakı, "CN Poliqrafiya", 2024.

Layihənin məqsədi oxucuları kitabxana fondunun yeni və aktual nəşrləri ilə tanış etmək, onların mütaliə seçimlərini genişləndirmək və kitabxana resurslarından daha səmərəli istifadəyə təşviq etməkdir.  

TOP XƏBƏRLƏR