A

UNEC-də yaz semestri üçün “Nə? Harada? Nə zaman?” intellektual yarışının açılışı olub.

UNEC-in Rus İqtisadiyyat Məktəbinin təşəbbüsü ilə həyata keçirilən turnirdə dekan müavini Eyyubov Anar oyunun başqa bir növü – musiqili yarışma ilə tanış edib. Oyunda iştirakçılara yazılı suallar əvəzinə musiqi parçaları təqdim edib. Tələbələr həmin musiqinin hansı bədii filmdə səsləndirildiyini müəyyən etməli olublar. Musiqilər Azərbaycan, “Oskar” mükafatına layiq görülən, məhəbbət, uşaq, cizgi və sovet kinokomediya filmləri olmaqla, 6 qrupa bölünüb.və maraqlı keçən mübarizədə “Dinamit” komandası qalib gəlib. Qalib komandanın üzvlərinə klassik filmlərin DVD diskləri hədiyyə edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay