A

UNEC tələbələri “ULDUZ” şokolad fabrikində informasiya turunda olublar.

Texnologiya və dizayn fakültəsinin III kurs tələbələrinin iştirak etdiyi infoturda fabrikin Texnologiya şöbəsinin müdiri Mahirə Cabbarova, Mərkəzi laboratoriyanın müdiri Səadət Xəlilova müəssisənin fəaliyyəti, istehsal edilən məhsullar, onların çeşidi, keyfiyyəti, tətbiq edilən müasir avadanlıqlar barədə ətraflı məlumat veriblər.

İnfoturda “ULDUZ” şokolad fabrikində çalışan UNEC-in 2016-cı il magsitr məzunları da iştirak ediblər. Texnologiya şöbəsinin texnoloqu Cavid Qurbanzadə ilə Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi Aysel Cəlilova UNEC tələbələrinə istehsal haqqında geniş informasiya çatdırıblar. Eyni zamanda, məzunlar UNEC-də əldə etdikləri biliklərin iş prosesində çox faydalı olduğunu, müəllimlərin tövsiyələrindən daima yararlandıqlarını bildiriblər.Görüşdə iştirak edən “Qida məhsullarının texnologiyası” kafedrasının müəllimləri UNEC məzunlarını iş prosesində izləməyin və onların öz işlərinin öhdəsindən uğurla gəldiklərini müşahidə etməyin qürurverici olduğunu bildiriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay