A

UNEC-də “Ekspertdən öyrən” adlı yeni layihəyə start verilib.

Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı, Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə reallaşan layihənin məqsədi elmi fəaliyyətə maraq göstərən gənclərlə UNEC ekspertlərinin qeyri-rəsmi görüşünü təşkil etmək, dünya iqtisadiyyatının gündəmini zəbt edən mövzuları birlikdə müzakirə etməkdir.

“Ekspertdən öyrən” layihəsinin ilk qonağı UNEC eksperti, dosent Elşən Bağırzadə olub. Görüşdə “Dünyada gizli iqtisadiyyat problemi: Miqyası, səbəbləri, nəticələri və leqallaşdırılması yolları” mövzusu müzakirə edilib.

Tələbələrə gizli iqtisadiyyatın strukturu haqqında məlumat verən Elşən Bağırzadə bildirib ki, hazırda bir çox ölkələrdə qlobal səviyyədə gizli iqtisadiyyat araşdırılır. O, bir çox dövlətlərdə gizli iqtisadiyyata qarşı rəsmi dövlət proqramları təsdiq olunduğunu vurğulayıb.

Görüşdə dünyada gizli iqtisadiyyatın həcmi barəsində də fikir mübadiləsi aparılıb. UNEC eksperti tələbələrin suallarını cavablandırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay