A

UNEC nəzdində Maliyyə-İqtisad Kollecində “Narkomanlığa qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Səbail rayon İcra Hakimiyyəti və Polis İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə kollecin direktoru, dosent Oruc Məmmədov narkomaniyaya qarşı mübarizə istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən danışıb, narkotiklərin zərərləri barədə məlumat verib.

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Səbail rayon komissiyasinin məsul katibi Əli Muradov, Səbail RPİ-nin İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis polkovnik-leytinantı Anar Hüseynov, YYÇPİTB-nin rəisi, polis mayoru Ədalət Ağayev, Narkotiklərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Ayxan Məmmədov və digər iştirakçılar tələbələrə narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanı barədə maarifləndirici mövzularla çıxış ediblər. Onlar tələbələri sağlam gələcək naminə gəncliyi qorumağa səsləyiblər.

Tədbirdə narkomaniyanın acı nəticələrinə dair video-rolik nümayiş etdirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay