A

UNEC-də IV kurs bakalavr və magistrlər üçün “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda təqdimat keçirilib.

UNEC-in İnzibati və təşkilati məsələlər üzrə prorektoru Şaiq Əsgərov tədbirin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 10 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti haqqında ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə keçirildiyini bildirib.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətindən danışıb və Mərkəzin bu istiqamətdəki fəaliyyətinə diqqət çəkib. O, dövlət qulluğuna işə qəbul üzrə imtahanlarda uğur qazananların siyahısına UNEC-in liderlik etdiyini bildirib.

Tədbirdə Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən iki təqdimat keçirilib. Tələbələrə dövlət qulluğuna qəbul mexanizmləri, dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti, karyerada inkişaf, eləcə də Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu sahəsində göstərdiyi elektron xidmətlər barədə məlumat veriblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay