×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder e4007fced64050105533db625a516a03-cache-page-7853efdccac13b505fe33b82065488c0.php silmək alınmadı


A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaradılmasının 100 illik yubileyi münasibətilə “Ümummilli lider Heydər Əliyevin xüsusi xidmət orqanlarında fəaliyyəti və xüsusi xidmət orqanı anlayışı” mövzusunda tədbir keçirilib.

Tədbirdə UNEC-in müvafiq struktur rəhbərləri və tələbələrlə yanaşı, DTX-nın nümayəndələri də iştirak ediblər.

UNEC-in İqtisadi məsələlər üzrə prorektoru, dosent Mikayıl Zeynalov ölkədə təhlükəsizliyin və sabitliyin təmin olunmasında xüsusi xidmət orqanlarının mühüm rol oynadığını vurğulayıb. Ümummilli lider Heydər Əliyevin xüsusi xidmət orqanlarında milli maraqlarımızın və təhlükəsizliyin etibarlı təminatı istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyətindən söz açan prorektor, Ulu Öndərin vətənin və xalqın təhlükəsizliyinin qorunmasında müstəsna xidmətlər göstərdiyini diqqətə çatdırıb. Dahi şəxsiyyətin qətiyyəti və cəsarəti sayəsində təhlükəsizlik orqanında tədricən milliləşdirmə siyasətinin həyata keçirildiyini, Ulu öndərin əsasını qoyduğu milliləşmə siyasətinin bu gün də xüsusi xidmət orqanlarında tətbiq edildiyini vurğulayıb.

DTX-nin nümayəndəsi Tural Məmmədov tədbirdə xüsusi xidmət orqanı anlayışı ilə bağlı təqdimatla çıxış edib. Gənclərə bəzi qüvvələrin apardığı yanlış təbliğatlar barədə maarfləndirici məlumat verib.

Sonra tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR