A

15.03.2019-cu il tarixində Tələbə Elmi Cəmiyyəti İqtisadiyyat fakültəsinin təşkilatşılığı ilə Cəmiyyətin layihələrdən biri olan “1 müəllim-1 tələbə” debatı keçirilmişdir.

Debatın bu dəfəki tərəfləri “Ətraf mühitin mühafizəsi” kafedrasının müəllimi və “Yaşıl dünya” tələbə elmi dərnəyinin rəhbəri c.f.d. Afaq Hacıyeva və İqtisadiyyat fakültəsi “Ekologiya” ixtisası 123-cü qrup tələbəsi Nərmin Xanməmməzadə olmuşdur.

“Təkrar emalın müsbət və mənfi tərəfləri” mövzusunda baş tutmuş debatda müəllim tərəfi müsbətləri, tələbə tərəfi isə mənfiləri irəli sürərək, auditoriya qarşısında öz tərəflərinin düzgün olduğunu isbat etməyə çalışdılar. Gərgin müzakirələr şəraitində keçən debata daha sonra auditoriya da qoşulmuşdur. Digər “1 müəllim-1 tələbə” debatı isə növbəti ayda keçiriləcəkdir.

Layihənin rəhbəri “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müəllimi, “İqtisadçı” tələbə elmi dərnəyinin rəhbəri Zeynəb Qiyasovadır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay