A

İqtisadiyyat fakültəsində tələbələr üçün motivasiya yönümlü təlim təşkil olunmuşdur.

Fakültə mentorluğunun təşkilatçılığı ilə keçirilən təlimdə İngiltərənin Koventri Universitetinin klinik və sağlamlıq psixologiyası ixtisası üzrə məzunu psixoloq Nilufər Əlizadə sağlamlıq psixologiyası, xəstəlik və stresə biososioloji və psixoloji yanaşmalar, insanın inkişaf mərhələləri haqqında tələbələrə məlumat vermişdir. Psixoloq tələbələrdə gələcəkdə uğurlu karyera qazanmaq üçün motivasiyaedici düşüncələrin aşılanması ilə bağlı maarifləndirici  mövzuda çıxış etmişdir.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay