UNEC-in Biznes və menecment fakültəsinə qəbul olan birinci kurs tələbələri ilə fakültənin dekanı və strukur rəhbələrinin görüşü keçirilib.
Fakültə dekanı dosent Mirağa Əhmədov tələbələri təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb. Fakültə barədə tələbələrə məlumat verən M.Əhmədov bildirib ki,hər il olduğu kimi bu il də fakültəyə qəbul planı yüksək göstəricilərlə tamamlanıb. M.Əhmədov UNEC-də elektron universitet modelinin tətbiq olunduğunu, tədris materiallarının, dərsə davamiyyətin tamamilə elektronlaşdırıldığını da tələbələrin diqqətinə çatdırıb. UNEC-də imtahanların mərkəzləşdirilimiz qaydada, ictimaiyyətə açıq keçirildiyini vurğulayıb.
Dekan universitet-tələbə-valideyn mobilliyinin səmərəli təşkilinin tədris keyfiyyətinə müsbət təsirindən də söz açıb. Tələbələri bilik almaqla yanaşı, universitetin sosial-ictimai həyatında da fəal olmağa çağırıb.
Görüşdə ixtisas kafedralarının müdirləri, professor Kamil Şahbazov, professor Arif Şəkərəliyev, dosent Məhəmməd Əliyev elmi-tədris və təcrübənin təşkili barədə tələbələri məlumatlandırıblar. Bildiriblər ki, tələbələr tədris boyu nəzəri biliklərlə yanaşı, ixtisaslarına uyğun olaraq, istehsalat müəssisələrində praktiki biliklərə də yiyənəcəklər.
Fakültə mentoru dosent Pikəxanım Xudiyeva birinci kurslara mentorluq fəaliyyəti barədə məlumat verib. Bildirib ki, mentorlar tələbələrlə akademik fəaliyyətdə, eyni zamanda, psixoloji məsələlərin həllində daim dəstək olacaqlar. Fakültə tyutoru İradə Ələkbərova isə tyutor xidmətinin rolundan və boloniya təhsil sisteminin tətbiqi istiqamətlərindən söz acıb.
Tələbə təşkilatlarının sədrləri birinci kursları təşkilatların fəaliyyət istiqamətləri barədə tanış edərək, təşkilata üzv seçilməyin yollarını izah ediblər.
Sonda tələbələri maraqlandıran sualları cavablandırılıb.
Qeyd edək ki, 2019-2020-ci tədris ilində Biznes və menecment fakültəsinə 451 nəfər tələbə qəbul olub ki, bunlardan 118 nəfəri “Biznesin idarə edilməsi” ixtisasını, 154-ü “Menecment”, 74-ü “Kommersiya”, 75-i “Marketinq”, 30 nəfəri isə “Dövlət və bələdiyyə idarə etməsi” ixtisasını seçib.