A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İqtisadiyyat fakültəsinin Tələbə Gənclər Təşkilatı və Travella MMC-nin təşkilatçılığı ilə “Work and Travel” mövzusunda seminar keçirilib.

Travella MMC-nin təsisçisi Tural Aslanlı seminarda xaricdə təhsil və karyera imkanları barədə tələbələrə məlumat verib. Eyni zamanda turizm sahəsində karyera planlaması ilə bağlı təcrübəsini paylaşıb.

Seminar çərçivəsində Travella MMC lotereya oyunu keçirib. Lotereyada UNEC-in iki tələbəsi Polşada bir aylıq təcrübə proqramında iştirak etmək hüququ qazanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay