A

UNEC-də tələbələrin sığorta savadlılığının artırılması məqsədilə Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən maarifləndirici təlim keçirilib.

“Maliyyə və maliyyə institutları” kafedrasının təşkilatçılığı ilə keçirilən təlim Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”ndan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə təşkil olunub.

Təlimdə İqtisadiyyat fakültəsinin professor-müəllim heyəti və “Malyyə” ixtisası üzrə təhsil alan tələbələrlə yanaşı, Azərbaycan Sığortaçılar Assosiasiyasının Təhsil Komitəsinin rəhbəri, AVAND Sığorta Brokeri Şirkətinin Direktorlar Şurasının sədri Orxan Həsənov da iştirak edib.

“Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, professor Əvəz Ələkbərov sığorta sektorunun inkişaf etdirilməsi və bu sektora nəzarətin gücləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirib. Professor iştirakçılara ölkənin sığorta sektorunda tətbiq edilən yeni mexanizmlər, sığorta bazarının şəffaflaşdırılması və sektoral nəzarətin gücləndirilməsi, həmçinin sığorta bazarına inam və etimadın yüksəldilməsi ilə bağlı həyata keçirilən islahatlar barədə məlumat verib. Sığorta sahəsində maarifləndirmə tədbirlərinin genişləndirilməsinin əhəmiyyətindən danışan Ə.Ələkbərov, insanlar arasında sığorta savadlılığının artırılması və sığorta mədəniyyətinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasının Təhsil Komitəsinin rəhbəri, AVAND Sığorta Brokeri Şirkətinin Direktorlar Şurasının sədri Orxan Həsənov tələbələrə sığortanın tarixi, dünya sığorta bazarında gedən proseslər, Azərbaycanın sığorta sektorundakı mövcud vəziyyəti barədə ətraflı məlumat verib, sığortanın üstünlükləri, ölkəmizdə bu sektorun inkişaf istiqamətlərindən söz açıb.

Sonda sığorta sektorunun inkişafı ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay