UNEC-də “Stresin idarə olunması” mövzusunda onlayn təlim keçirilib.
İqtisadiyyat fakültəsi, “İqtisadiyyatın tənzimlənməsi” kafedrası nəzdində fəaliyyət göstərən “İqtisadçı” Tələbə Elmi Klubunun təşkilatçılığı ilə keçirilən təlimdə müəllim və tələbə heyəti iştirak edib.
“Saymore” və “Whelp” şirkətlərinin rəhbəri Seymur Rəsulov keçdiyi təlimdə stresin əlamətləri, yaranma səbəbləri, zərərli nəticələri barədə məlumat verilib, stresi yaradan faktorları aradan qaldırılması yollarını açıqlayıb. Eləcə də stres hallarında davranış metodları, neqativ hallarla işləmək, stressli şəraitə, situasiyaya münasibəti dəyişmək, şəxsi stres immunitetinin inkişafı barədə tövsiyələr verib.