A

UNEC İqtisadiyyat fakültəsi Mentorluq Xidmətinin təşkilatçılığı ilə “İqtisadiyyat” ixtisası üzrə I kursda təhsil alan  tələbələrlə  SABAH  qruplarına  qəbulla  bağlı görüş keçirilib.

Görüşdə iştirak edən UNEC SABAH mərkəzinin direktoru dos. Aida Quliyeva tələbələrə qəbul qaydaları ilə bağlı tətbiq olunan yeniliklər barədə məlumat verib. Bildirib ki, SABAH qruplarına qəbulda  Azərbaycan Respublikası  Təhsil  Nazirliyinin  tabeliyində  olan  ali  təhsil müəssisələrindən  müəyyən  edilmiş  ixtisaslar   üzrə  I  kursda  əyani  formada  təhsil alan, I tədris ilinin  I  semestrinin  nəticələrinə  görə  akademik  borcu  olmayan  və  orta  müvəffəqiyyət  göstəricisi (ÜOMG) 61-dən  aşağı  olmayan  Azərbaycan  Respublikası vətəndaşları iştirak edə bilərlər.

Fakültənin dekanı dos.Asiman Quliyev tələbələrə qəbul zamanı tələb olunan  minimum şərtləri  təmin etməyi, eləcə də  ingilis  dilində  tədrisin  tətbiq  olunacağı  SABAH qruplarına qoşulmağı tövsiyə edib.

UNEC Hazırlıq Mərkəzinin direktoru Rəşad Salahov tələbələrə imtahana hazırlıq mərhələsi ilə bağlı ətraflı
məlumat verdi.

Sonda tələbələrin sualları cavablandırıldı.

Müsabiqənin qəbul şərtləri ilə linkdə tanış olabilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay