A

UNEC-in iki komandası dünyanın ən mühüm texnologiya festivallarından biri sayılan Teknofest 2021-də iştirak edəcək.

Rəqəmsal iqtisadiyyat və Mühəndislik fakültələrinin tələbələrinin təmsil olunduğu komandalar “Pilotsuz uçuş aparatları” və “İnsanlığa faydalı texnologiyalar” kateqoriyalarına aid ideyalarını təqdim ediblər.

TEKNOFEST Türkiyə Texnologiya Vəqfi və Türkiyə Sənaye və Texnologiya Nazirliyinin birgə dəstəyi ilə təşkil olunur. Əsas məqsəd “Milli texnologiya həmləsi” devizi altında milli texnologiyaların təkmilləşdirilməsinə dəstək olmaqdır.

Yarışda 34 kateqoriya müəyyən edilib. 21-26 sentyabrda müəyyən ediləcək qalib komandalara 4 milyon tl dəyərində mükafat təqdim ediləcək.

UNEC komandalarının hazırlıq və koordinasi prosesi UNEC Karyera Mərkəzi tərəfindən həyata keçirilir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay