A

UNEC-in Maliyyə və mühasibat fakültəsində “Su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi problemləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Fakültənin dekanı Hafis Hacıyev Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”ndan irəli gələn vəzifələr, bu istiqamətdə görülən işlər barədə məlumat verərək, su ehtiyatlarının səmərəli idarə olunması ilə bağlı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib.

Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı kafedrasının dosenti Mehriban Əsgərova tədbirdə “Su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi problemləri” mövzusunda təqdimatla çıxış edib. O, Azərbaycanın su ehtiyatlarının məhdud olması və onun əsas hissəsinin ölkə hüdudlarından kənarda formalaşmasına diqqət çəkərək, su ehtiyatlarından səmərəli istifadə və tullantılardan mühafizəsinin zəruriliyini nəzərə çatdırıb. Həmçinin qlobal və regional iqlim dəyişiklərinin su ehtiyatlarının həcminə təsiri, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsinin təşkili, dünyada və ölkəmizdə su çatışmazlığı probleminin aradan qaldırılması və su ehtiyatlarının daha səmərəli idarə olunması imkanları barədə söz açıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay