A

Zəfərimizlə başa çatan II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan UNEC-in məzunu Eldar Əliyevin fevralın 13-də 28 yaşı tamam olur.

Cəbhəyə könüllü yollanan və oktyabrın 13-də Fizuli döyüşlərində qəhrəmancasına şəhid olan Eldar Əliyevin doğum günündə ailəsi ilə bərabər, UNEC Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı, TUDİFAK-ın dekan müavini Cəvahir Məmmədova, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev, UNEC Ümumi fənlərin tədrisinin təşkili departamenti üzrə Həmkarlar Komitəsinin sədri Gülnar Dadaşzadə, departamentin dosenti Sevinc Ələkbərzadə, eyni zamanda şəhidin təhsil aldığı və tələbələr şəhidin məzarını ziyarət ediblər. UNEC kollektivi şəhidin məzarı önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad ediblər. Şəhidin anası və yaxınları onunla bağlı xatirələrini bölüşüblər.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay