A

UNEC Ömürboyu Təhsil Mərkəzi rəsmi sertifikatlı rəqəmsal marketinq kursuna başladı.

Rəqəmsal marketinq sferasında ölkə və beynəlxalq miqyasda proyektlərə imza atmış 5 ekspert rəqəmsal marketinqə dair bilikləri özünəməxsus şəkildə, praktiki öyrənmə üsulları ilə sıfırdan peşəkar səviyyəyə qədər tədris edəcəklər.

Kursun tədris metodikasının ənənəvi üsullardan əsas fərqi isə ondan ibarətdir ki, kurs birbaşa praktikaya əsaslanmışdır və iştirakçılar kurs müddətində ekspertlərlə birlikdə bir proyekti sıfırdan birlikdə yaradacaq və öyrənəcəklər.

Kursu uğurla tamamlamış şəxslərə müvafiq istiqamətlərdə staj keçmə fürsəti də yaranacaqdır. Əlavə olaraq qeyd edək ki, kursu tamamladıqdan sonra əgər tələbələrin tətbiqdə çətinliyi yaranarsa 2 ay ərzində əlaqədar mütəxəssislərlə görüş təşkil olunaraq sualları cavablandırılacaq.

Kursun sonunda iştirakçılar UNEC Sertifikatı ilə təltif olunacaqlar.

Təlimçilər

Elşən Cəfərov - 12 ildən artıq müddət SEO sahəsində fəaliyyət göstərir. Ölkənin bir çox şirkətinə SEO xidməti verən ELSEO MMC -də təsisçi direktor, veb həllər təklif edən Proton MMC-də, ADSMark MMC-də və daşınmaz əmlak portalı olan Arenda.az şirkətində həmtəsisçi olaraq fəaliyyət göstərir.

Müşfiq Şirəliyev - 7 ildir ki, rəqəmsal marketinq sferasında fəaliyyət göstərir. Hazırda Endorphin reklam agentliyində rəqəmsal marketinq komandasının rəhbəri olaraq çalışır. Yerli və qlobal olmaqla 100-dən çox brendlə əməkdaşlıq etdib.

Elşad Yusifli –İT sahəsində peşəkar fəaliyyət göstərir. Qlobal bazarda tanınan, fəaliyyətinə startap olaraq başlamış Azərbaycanın ilk influencer marketinq platforması olan Keepface şirkətinin həmtəsisçisidir. Hazırda 2 milyon investisiya almış Metafluence layihəsində yaxından iştirak edir.

Rəşad Qafarzadə - 2011-ci ildən marketinq və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Hazırda Web Coder Agency-də  direktor vəzifəsində çalışır. Həmçinin Hostimul və Global Technology Services şirkətlərinin həmtəsisçisidir.

Anar Heravasov - 7 ildən artıq Rəqəmsal Marketinq sahəsində çalışır. Hazırda Kontakt Home-un rəqəmsal marketinq direktorudur. Əsasən Facebook Ads, Google Ads və rəqəmsal reklamların analitikası istiqamətlərində mütəxəssisləşib.

Rəqəmsal Marketinq kursunda aşağıdakı mövzuları əhatə edir:

  • Axtarış motorlarında reklam  (SEM)
  • Axtarış motorlarının optimizasiyası (SEO)
  • Görüntülü reklamlar (Displey reklamlar)
  • Affiliate marketinq (Satış ortaqlığı)
  • Email marketinqi
  • Sosial Media Marketinqi (SMM)
  • Lead Generation və Kontent Marketinq və s.

Ətraflı məlumat üçün əlaqə vasitələrindən müraciət edə bilərsiz.

Sayt: https://lifelong.unec.edu.az/kurslar/reqemsal-marketinq/

Whatsapp: +994 70 515 16 18

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay