A

UNEC Rəqəmsal İqtisadiyyat fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK), UNEC Ömürboyu Təhsil Mərkəzi və Coders Azerbaijan proqramlaşdırma mərkəzinin birgə təşkil etdiyi “ZƏFƏR 2022” adlı layihənin açılış mərasimi olub.

Tədbirdə Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dos. Elman Cəfərov və UNEC Ömürboyu Təhsil Mərkəzinin marketinq şöbəsinin əməkdaşı Xanım Rəhimli və Coders Azerbaijan proqramlaşdırma mərkəzinin idarə heyətinin üzvləri iştirak ediblər.

Layihə rəhbəri və fakültə THİK sədri Məhəmməd Rəhimov açılışda keçən il təşkil edilmiş “ZƏFƏR 2021” layihəsi haqqında qısa məlumat verib və layihəni II-ci Qarabağ müharibəsində canından keçən şəhidlərə həsr edildiyini bildirib.

Fakültə dekanı dos.Elman Cəfərov layihədə 126 tələbənin qeydiyyatdan keçdiyini, onlardan 25 nəfərin təlimlərdə iştirak hüququ qazandığını bildirib. Təlimlərin 14 mart tarixindən etibarən başlayaraq, həftənin 1,3 və 5-ci günləri keçiriləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, təlimlərin sonunda proqramlaşdırma ilə bağlı yekun tapşırıq veriləcək və tapşırığı müvəffəqiyyətlə yerinə yetirən ilk 3 yerin qalibi UNEC THİK, Ömürboyu Təhsil Mərkəzi və Coders Azerbaijan tərəfindən mükafat və diplomla təltif olunacaq.

Sonra UNEC Ömürboyu Təhsil Mərkəzinin marketinq şöbəsinin mütəxəssisi Xanım Rəhimli mərkəz barədə tələbələrə ətraflı məlumat verərək, onların suallarını cavablandırıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay