A

UNEC-də “Başla” startap yarışmasının məlumatlandırma xarakterli tədbirlərinə start verilib.

Martın 31-də keçirilən ilk tədbirdə Karyera Mərkəzinin direktoru Sənan Həsənov, Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı Elman Cəfərov, tələbə-rektor Cabbar Cəlilov, “Başla” startap yarışmasının təşkilati komandası və tələbələr iştirak ediblər. 

Karyera Mərkəzinin direktoru Sənan Həsənov layihənin tələbələr üçün yaratdığı imkanlardan, öz startuplarını necə inkişaf etdirə biləcəklərindən və startupların hazırki dövr üçün aktuallığından bəhs edib. Eyni zamanda layihə çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verib.

Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı Elman Cəfərov layihənin tələbələr arasında böyük marağa səbəb olduğunu diqqətə çatdıraraq, tələbələrin iş dünyasına inteqrasiyası üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Sonda tələbələrin “Başla” startap yarışması ilə bağlı sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR