A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Karyera Mərkəzi və Təcrübənin təşkili şöbəsinin birgə təşkilatçılığı ilə Paşa Kapital İnvestisiya şirkətinin təqdimatı keçirilib.

Təqdimatda “Marja” ticarət şöbəsinin rəhbəri Əli Babazadə, Daxili bazar və broker şöbəsinin rəhbəri Elçin Məmmədov və HR Biznes tərəfdaşı Təhminə Mehdiyeva iştirak ediblər.

Tədbirdə şirkətin fəaliyyəti, təcrübə proqramları, marja ticarəti, aktiv vakansiyalar haqqında ətraflı məlumatlar verilib.  Həmçinin PAŞA Kapital İnvestisiya Şirkətinin iyul - avqust aylarında İqtisadiyyat, Maliyyə və Biznesin Təşkili ixtisasyönümlü 4-cü kurs bakalavr məzunları, magistr və ya MBA pilləsində təhsil alan tələbələri üçün təcrübə proqramının elan edilməsi diqqətə çatdırılıb.

Görüşdə universitet tələbələri aktiv iştirak edərək, şirkət, eləcə də müvafiq vakansiyalar barəsində ətraflı məlumat əldə ediblər.

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay