A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin İdarə heyətinin iclası keçirilib.

İclasda THİK sədri İlkan Əliyev ilk öncə 2021/2022-ci tədris ilində fəaliyyətlərini uğurla başa vuran THİK kollektivini təbrik edib, məzun olan fakültə sədrlərinə gələcək işlərində uğurlar arzulayıb.

Daha sonra yeni təyin olunmuş fakültə və komissiya sədrləri – QƏTM-in I kurs tələbəsi Şəfiqə Qurbanova, Beynəlxalq İqtisadiyyat Məktəbinin I kurs tələbəsi Lalə Nuriyeva, İqtisadiyyat fakültəsinin I kurs tələbəsi Əli Əsgərzadə, Rəqəmsal İqtisadiyyat fakültəsinin I kurs tələbəsi Həsən Mirzəyev, UNEC Dizayn Məktəbinin III kurs tələbəsi Rühəngiz Minacəddinova, SABAH Mərkəzinin III kurs tələbəsi Nigar Hüseynzadə, Biznes və Menecment fakültəsinin III kurs tələbəsi Asiman Ələkbərzadə, Xüsusi İstedadlılar Klubunun rəhbəri Pəri İlyaslı, Elmi İşlər üzrə komissiyanın sədri Nigar İmaməliyeva, İctimaiyyətlə Əlaqələr Departamentinin sədrləri – Süleyman Süleymanlı, Kənan Hüseynli iclas iştrakçılarına təqdim olunub.

Sonda 2021/2022-ci tədris ilində komitə və universitetin ictimai həyatında fəal iştirak edən fakültə sədrlərinə Fəxri Fərman və təşəkkürnamələr təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay