A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və “Davam” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə “Gələcəyimizi Qoruyaq!” adlı layihə ilə bağlı  tələbələrlə görüş keçirilib.

Açılış şəhidlərimizin ruhunun bir dəqiqiəlik sükütla yad edilməsi ilə başladı.

Görüşdə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polis polkovniki leytenant Hafiz Təmirov, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis baş çavuşu Rəşad Mehdiyev, "Davam" Gənclər Hərəkatının PR və Media məsələləri üzrə katibi Lumu İsrəfilli, UNEC-in Biznes Mərkəzinin direktoru dosent Mikayıl Zeynalov , UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri  İlkan Əliyev və THİK fəal tələbələri iştirak ediblər. Layihənin əsas məqsədi gənclər arasında artım dinamikası yüksək olan zərərli vərdişlərə qarşı maarifləndirmə işi aparmaq, qanunun aliliyinin təbliği və qanuna zidd əməllərə qarşı birgə mübarizəyə təşviq etməkdir. Görüşdə polis polkovniki leytenant Hafiz Təmirov, tələbələrlə sual-cavab edib, zərərli vərdişlərin qarşısının alınması üçün onların təkliflərini dinləyib, sonda onlara öz tövsiyələrini verib.

Tədbirin sonunda “Arzu ömrü uzatmır” və “Qəhrəmanlıq Tariximizin Şanlı Səhifələri” adlı kitabları universitetimizə hədiyyə ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay