A

UNEC-in Biznes və menecment fakültəsinin I kurs tələbələri ilə görüş keçirilib. Görüşdə fakültə dekanı dosent Mirağa Əhmədov çıxış edərək, tələbələrə təhsillərində uğurlar arzulayıb.

UNEC-dəki yeniliklər barədə məlumat verən dekan, tələbələrə təhsil aldıqları müddətdə universitetdə onlar üçün yaradılmış təhsil imkanlarından maksimum yararlanmağı tövsiyə edib. Həmçinin tələbələrə startup biznes inkubasiya mərkəzinin fəaliyyətindən və eləcə də beynəlxalq mübadilə proqramlarından da söz açıb.

UNEC iki diplom və əlavə təhsil bölməsinin rəhbəri Mehriban Musayeva UDİD və minor proqramlarından danışıb. Fakültə katibi Elxan Salayev, tyutor xidmətinin rəhbəri İradə Ələkbərova tədrislə bağlı tələbələrin suallarını cavablandırıblar.

 

TOP XƏBƏRLƏR