Noyabrın 1-də UNEC-in Biznes və menecment fakültəsində 8 noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.
Tədbirinin açılışında Dövlət himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Fakültə dekanı dosent Mirağa Əhmədov 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qazandığı parlaq qələbədən söz açıb.
Fakültənin məzunu, Vətən müharibəsi qazisi Ağaəli Quliyev döyüş xatirələrindən bəhs edib. Fakütlənin I kurs tələbəsi Ziya Ağayev isə gənclərin vətənpərvərlik ruhunda yetişmələri üçün universitetdə keçirilən maarifləndirici tədbirlər barədə məlumat verib.
Tədbir konsert proqramı ilə davam edib.