A

UNEC-də Procter&Gamble beynəlxalq şirkətinin "Yay təcrübə proqramı" çərçivəsində masterklas keçirilib.

Karyera Mərkəzi və UNEC SABAH mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən təcrübə proqramı çərçivəsində şirkətin  marketinq üzrə meneceri İbrahim İbrahimli tələbələrə proqram çərçivəsində  satınalma, marketinq və təchizat zəncirinin idarə edilməsi sahələri üzrə işin praktiki fəaliyyətini izah edib. Sonra 10-12 həftə müddətində davam etməsi nəzərdə tutulan "Yay təcrübə proqramı"na qeydiyyat aparılıb.

Təcrübə proqramının iştirakçıları imtahan və müsahibə əsasında III kurs bakalavriat və  I kurs magistrantlar arasından seçiləcək. Proqram başlayanadək iştirakçılara ingilis dilində dəstək göstəriləcək. Bununla yanaşı, iştirakçıların ingilis dilində səlis danışmağı vacib şərtlərdən biridir. İlkin olaraq, "Yay təcrübə proqramı"na Maliyyə və mühasibat fakültəsinin, SABAH mərkəzinin 9 tələbəsi seçilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay