A

Yeni Azərbaycan Partiyası Səbail rayon “İstiqlaliyyət 6” ərazi partiya təşkilatının qərargahında “Biz Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” adlı məktəbin bağlanış mərasimi keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzində keçirilən tədbirdə çıxışlardan öncə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyev və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bu cür tədbirlərin keçirilməsinin və gənclərin Heydər Əliyev irsi barədə geniş məlumata sahib olmasının əhəmiyyətini vurğulayıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və ekologiya komitəsinin sədr müavini, YAP İdarə Heyətinin üzvü Hikmət Məmmədov bildirib ki, ulu öndər Heydər Əliyev hər zaman gənclərə xalqın gələcəyi kimi baxıb və onların təhsil almasının vacibliyini vurğulayıb. Bu istiqamətdə də hər zaman böyük addımlar atıblar. Belə ki, ilk növbədə təhsil almaq üçün gənclər xarici ölkələrə göndərildi. Bütün bunlar ulu öndərin gənclərin xalq üçün yararlı bir şəxsiyyət olmasında təhsilə nə qədər önəm verdiyinin göstəricisidir.

Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan üzvlərə vəsiqələr təqdim olunub.

Sonda “Biz Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” məktəbinin məzunlarına diplomlar verilib. Məzunların sırasında UNEC THİK fəalları da var. Maliyyə və mühasibat fakültəsinin III kurs tələbəsi İmanov Səbuhi “Fərqlənmə” diplomu, Maliyyə və mühasibat fakültəsinin II kurs tələbələri Həşimov Həsən, Teymurlu Jalə, Mühəndislik fakültəsinin II kurs tələbəsi İbrahimli Ülfət, UNEC Dizayn Məktəbinin II kurs tələbəsi Şıxalızadə Lalə, Türk Dünyası İqtisadiyyat Fakültəsinin II kurs tələbəsi Məmmədli Ayxan “Diplom”la təltif olunublar.

TOP XƏBƏRLƏR