A

UNEC və Dövlət Məşğulluq Agentliyinin əməkdaşlığı əsasında təşkil olunan işsiz vətəndaşlar üçün nəzərdə tutulmuş peşə hazırlıq kurslarının sertifikasiya tədbiri baş tutdu.

UNEC Ömürboyu Təhsil Mərkəzində təşkil olunmuş “Data Analitika” və “Əməliyyatçı-Mühasib” üzrə peşə hazırlıq kurslarında qeyd olunan ixtisaslar üzrə işsiz statusu daşıyan vətəndaşlar iştirak ediblər.

Mərkəzin direktoru Qələndər Məmmədli kursun məzunlarını təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, həyata keçirilən layihənin UNEC və Dövlət Məşğulluq Agentliyi üçün əhəmiyyətini vurğulayaraq, əldə olunan biliklərin kurs məzunlarının iş fəaliyyətinə təsirindən danışıb.

Sonda kursu uğurla başa vuran namizədlərə rəsmi UNEC sertifikatı təqdim edilib.

TOP XƏBƏRLƏR