A

UNEC tələbələri üçün “Azure administrator” mövzusunda təlim keçirilib. 

UNEC-də Sumqayıt Texnologiyalar Data Mərkəzinin İnformasiya texnologiyaları departamentinin direktoru İzmir Sadıqov tərəfindən keçirilən təlimlər “Microsoft Azure Administrator”, “Red hat”, “Cisco”, “VMware vSphere: Install, Configure, Manage [V8]” və digər mövzuları əhatə edib. 

Təlimdə İzmir Sadıqov tələbələrə bulud texnologiyaları üzrə trendlər barədə məlumat verib. Həmçinin “Exam voucher”, “Digital book”, “Student pass”, “Online lab”, “Practice test” istiqamətlərinin praktiki izahını verib, sualları cavablandırıb.

Rəqəmsal iqtisadiyyat fakultəsinin dekanı dosent Elman Cəfərov tələbələrin İT sahəsi üzrə praktiki biliklərinin artırılması məqsədilə keçirilən təlimlərin vacibliyindən və peşəkar inkişaf proqramlarının hazırlanmasının əhəmiyyətindən danışıb.

Karyera mərkəzinin direktoru Aytac Rzayeva təlimlərin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı təsdiqlənmiş Tədbir Planı çərçivəsində təşkil olunduğunu qeyd edib. O, Sumqayıt Texnologiyalar Data Mərkəzi ilə əməkdaşlığın daha da inkişaf etdiriləcəyini və yeni layihələrin hazırlanacağını bildirib.

TOP XƏBƏRLƏR