UNEC-də Kitabxana İnformasiya Mərkəzinin, İqtisadiyyat və idarəetmə fakültəsinin,Türk Dünyası İqtisad fakültəsinin və Rus İqtisad Məktəbinin birgə təşkilatçılığı ilə 31 Mart Soyqırımı hadisəsinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.
Tədbiri İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Elçin Eyvazov açaraq, qonaqları salamlayıb və 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində baş verən soyqırım haqqında tələbələri maarifləndirib.
Rus İqtisad Məktəbinin dekanı dosent Mənsur Bərxudarov, İqtisadiyyat və idarəetmə fakültəsinin Humanitar Fənlər kafedrasının professoru Hidayət Cəfərov, Rus İqtisad Məktəbinin dekan müavini Anar Eyyubov, Türk Dünyası İqtisad fakültəsinin dekanı Professor Dr. Mehmet Yüce 31 Mart Soyqırımının qurbanları, bu soyqırıma verilən reaksiyalar haqqında ətraflı çıxışlar ediblər.
Sonra tədbirdə Türk Dünyası İqtisad fakültəsinin I kurs tələbəsi Nəsibə Quliyevanın rəsm əsərləri nümayiş edilib.