A

iqtisadkolleci.edu.az

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 31 Mart - Azərbaycanlıların Soyqırımı günü qeyd edildi.

31 mart -Azərbaycanlıların Soyqırım Günü ilə bağlı sərgi ilə başlayan tədbirdə kollecin tarix müəllimi Aynur Qurbanova çıxış edərək qeyd etdi ki, martın 31-dən aprelin 2-dək Bakı quberniyasının Bakı, Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər həyata keçirilən zorakılıq aktları baş verib.

Aynur Qurbanova daha sonra qeyd etdi ki, rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Azərbaycanlılara qarşı baş vermiş bu dəhşətli faciəyə görə, 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilsə də sonradan unudulub. Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev çıxış edərək bildirdi ki, 2023-cü ildə yaşasaq da mənfur qonşularımız hələ də 1918-ci ildəki siyasətlərindən əl çəkməyiblər. Müstəqilliyimizin cəmi 30 yaşı var. Amma onlar hələ də bunu qəbul etmirlər. Çox təəssüf ki, xalqımıza qarşı hər an terror, talanlar, soyqırım həyata keçirmək niyyətində olan qonşularımız var.

Sonda tələbələrin 31 mart Azərbaycanlıların Soyqırım Günü ilə bağlı hazırladıqları videoçarx nümayiş olundu.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay