A

Biznes və menecment fakültəsində Valideynlərdən ibarət imtahan müşahidə şurasının üzvləri ilə görüş keçirilib.

Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova UNEC-də yay imtahan sessiyası barədə şura üzvlərinə məlumat verərək, imtahan sessiyasında tətbiq olunan yenilikləri açıqlayıb. İmtahanlarda obyektivliyin və şəffaflığın təmin olunması istiqamətidə  bütün zəruri addımların atıldığını onların diqqətinə çatdırıb. Qeyd edib ki, valideynlər, ictimaiyyət nümayəndələri, KİV-lər bu imtahan sessiyasını da yaxından izləyə biləcəklər.

Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov Valideynlərdən ibarət imtahan müşahidə şurasının fəaliyyətinin əhəmiyyətindən danışıb. Ötən il olduğu kimi, bu il də valideynlərin imtahanları rahatlıqla müşahidə etmələri üçün bütün şəraitin yaradıldığını deyib.

Valideynlərdən ibarət imtahan müşahidə şurasının sədri Elçin Paşayev UNEC-də aparılan islahatları yüksək qiymətləndirib. Övladlarının UNEC-də savadlı mütəxəssis kimi yetişəcəklərinə əminliyini ifadə edib.

Sonda valideynlər fakültənin elektron lövhəsi ilə tanış olublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay