A

Milli QHT Forumunun prezidenti Rauf Zeyni UNEC rektoru professor Ədalət Muradovla görüşüb.

Görüşdə hər iki tərəf arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Sonra rektor Ədalət Muradov və Milli QHT Forumunun prezidenti Rauf Zeyni qarşılıqlı əməkdaşlığa dair memorandumu imzalayıblar. Memorandumda UNEC tərəfindən təsis edilmiş QHT-lərə dəstəyin göstərilməsi, o cümlədən tələbələrin qrant layihələrinin hazırlanması bacarıqlarının formalaşdırılması məqsədilə təlimlərin keçirilməsi nəzərdə tutulub.

TOP XƏBƏRLƏR