A

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev UNEC-də yeni yaradılmış Rəqəmsal Mətbəənin, Karyera Mərkəzinin və Müzakirə zalının açılışında iştirak edib.

Açılışdan öncə nazir Emin Əmrullayev və rektor professor Ədalət Muradov UNEC-in şəhid olmuş tələbə və məzunlarının xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüblər, şəhidlərin əziz xatirəsini ehtiramla yad  ediblər.

Sonra Emin Əmrullayev UNEC-in yeni qurulan Rəqəmsal Mətbəəsi ilə tanış olub. Nazirə bildirilib ki, mətbəə kitab və jurnalların çap edilməsi, cildlənməsi, eləcə də bütün növ materialların üzərində promo məhsulların hazırlanması üçün ən müasir tələblərə cavab verən, yüksək sürətli  avadanlıqlarla təchiz edilib.

Nazir İmtahan zalına da baxış keçirib. Qeyd olunub ki, zalda 200 nəfərin eyni anda imtahan verməsi üçün bütün şərait yaradılıb.

Emin Əmrullayev yenilənmiş və müasir texnologiyalarla təchiz olunmuş Karyera Mərkəzi ilə də tanış olub. Nazirə məlumat verilib ki, mərkəzdə korporativ təlimlərin keçirilməsi, dövlət və özəl sektorların nümayəndələri ilə görüşlərin təşkili, karyera ilə bağlı müzakirələrin aparılması üçün geniş imkanlar yaradılıb.

Sonra müasir tələblərə cavab verən yeni Müzakirə zalında nazir Emin Əmrullayev, rektor Ədalət Muradov, prorektorlar, dekanlar və müvafiq struktur rəhbərlərinin iştirakı ilə ali təhsilin aktual məsələləri ilə bağlı geniş müzakirələr aparılıb.

Rektor Ədalət Muradov Qarabağda UNEC-in filialının açılmasını təklif edib. 

XƏZƏR TV

ATV

 

AZTV

 

ARB 

REAL TV

 

TOP XƏBƏRLƏR