A

“Naxçıvan” Universitetinin nümayəndə heyəti UNEC-də təcrübə mübadiləsində iştirak edir.

Əməkdaşlıq memorandumu çərçivəsində mübadilədə olan “Naxçıvan” Universitetinin Pedaqoji fakultəsinin dekanı Lalə Allahverdiyeva, Xarici Dillər fakültəsinin dekanı Leyla Səfərova, İdarəetmə fakültəsinin dekan İradə Bagırova, İqtisadiyyat fakültəsinin dekanı Ceyhun Mahmudov səfərin ilk günündə UNEC-in Maliyyə və Mühasibat fakültəsində ilə Beynəlxalq İqtisadiyyat Məktəbində görüşlər keçiriblər.

Nümayəndə heyəti fakültələrin və Karyera Mərkəzinin işinin təşkili ilə tanış olublar. Həmçinin Ekstern Mərkəzində rəqəmsal UNEC modeli, tədris və idarəetmədə tətbiq olunan elektron modullar barədə ətraflı məlumat alıblar.

“Naxçıvan” Universitetinin nümayəndələrinin digər strukturların fəaliyyəti ilə də tanışlığı nəzərdə tutulub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay