A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnklüziv Təhsil Mərkəzi ilə Memarlıq, İnşaat və Dizayn İctimai Birliyi (MİDİB) arasında əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb.

İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova və MİDİB-in icraçı direktoru Arif Nəcimov arasında imzalanmış memorandumda birgə seminarların, təlimlərin, yerli və beynəlxalq konfransların, dəyirmi masaların, sərgilərin, müsabiqə və olimpiadaların, eləcə də layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

İmzalanmadan sonra Arif Nəcimov rəhbəri olduğu "Ali təhsil müəssisələrində inklüziv peşə hazırlığı mərkəzlərinin təşkilinin təşviqi" adlı layihə barədə də məlumat verib. Layihədə UNEC İnklüziv Təhsil Mərkəzinin tərəfdaş kimi iştirakı ilə bağlı razılıq əldə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay