A

Qarabağ Universitetinin rektoru dosent Şahin Bayramov UNEC tələbələri ilə görüşüb.

Görüşdə Şahin Bayramov tələbələrə ilk dəfə tələbə qəbulu həyata keçirəcək Qarabağ Universitetin üstünlükləri, ixtisasları, tədris prosesi, müəllim heyəti, xüsusi təqaüd imkanları, yataqxanası və s. barədə ətraflı məlumat verib.

Sonra Elm və Təhsil üzrə Dövlət Agentliyinin SABAH qruplarının İcra Komitəsinin rəhbəri Elza Səmədova Qarabağ Universitetində SABAH qrupları üzrə açılan ixtisaslar və qəbul qaydaları ilə bağlı tələbələri məlumatlandırıb.

Çıxışlardan sonra tələbələrin sualları cavablandırılıb. 

TOP XƏBƏRLƏR