Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) çin dili dərslərinə start verilir.
Dərslər Heydər Əliyev Fondu, UNEC, Azərbaycan Dillər Universitetinin nəzdində Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetinin dəstəyi ilə UNEC Ekstern Mərkəzində distant formada təşkil olunacaq.
Peşəkar müəllimlər tərəfindən keçirilən dərslər Çin dilini öyrənməyə yeni başlayan azərbaycanlılar üçün nəzərdə tutulub. Dərslər 1.5 saat olmaqla, həftədə 3 dəfə keçiriləcək.
Dinləmək, danışmaq, oxumaq və yazmaq dərslərindən ibarət olan Elementar səviyyəni bitirənlər təxminən 2000 sözə, 800 heroqlifə, təməl qrammatik qaydalara və Çin dilinin ümumi qrammatik quruluşuna bələd olacaq. Elementar səviyyəni müvəffəqiyyətlə bitirənlər Çin dilində sadə fikir mübadiləsi aparmaq bacarığına malik olacaq. Bundan başqa Çin mədəniyyəti ilə bağlı həftədə bir dəfə olmaqla ayrıca dərsin keçirilməsi nəzərdə tutulmuşdur.
Sənəd qəbulu elektron qaydada http://www.kabinet.unec.edu.az linkindən qeydiyyatdan keçməklə aparılır. Namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda proqramda iştirak etmək hüququnu qazanırlar.
Proqram 16.09.2024-cü il tarixindən başlayaraq, 3 ay müddətinə təşkil olunacaq. Təlimlər distant formada keçiriləcək. Proqramın aylıq ödənişi 60 manatdır və müvəffəqiyyətlə bitirən iştirakçılar Heydər Əliyev Fondu və UNEC-in birgə sertifikatı qazanacaqlar.
Şəhid ailələri, qazilər və onların ailə üzvləri, eləcə də sosial cəhətdən həssas əhali qruplarından olan şəxslərin təhsil haqları Heydər Əliyev Fondu tərəfindən maliyyələşəcək.
Sənədlərin qəbulu üçün son tarix sentyabr ayının 15-dəkdir.
Qeyd edək ki, Çin dilini öyrənən tələbələr Çində təqaüd proqramları ilə təhsil almaq şansı əldə edirlər.
Sertifikat proqramında iştirak etmək istəyən 18 yaşından yuxarı şəxslər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:
Ünvan: İstiqlaliyyət küçəsi 6, UNEC Ekstern Tədris Mərkəzi
Tel.: (012) 492 59 03 (daxili 1511)
Mob.: (051) 590 42 44
Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.