A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və sənaye fakültəsində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Mahir Qəhrəmanov, Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov, UNEC-in "İqtisadiyyat və sənaye fakültəsi"nin dekanı, dosent Asiman Quliyev, "Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi" kafedrasının müdiri, professor Əli Əlirzayevin iştirakı ilə keçirilən görüşdə ölkə turizmi, onun inkişaf yolları, “Turizm və otelçilik” ixtisası üzrə tədris olunan fənlər və onların əhəmiyyətindən danışılıb.

Tədbirdə turizm üzrə aidiyyatı qurumlarla tədbirlərin keçirilməsi, elmi tədqiqatlar təkliflər paketinin hazırlanması məqsədilə İşçi qrupu yaradılıb.İşçi qrupunun tərkibində Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Mahir Qəhrəmanov, UNEC-in İqtisadiyyat və sənaye fakültəsinin dekan müavini Müşrəvan Əliyev, UNEC müəllimləri Yalçın Köçərli və Elşən Məmmədov fəaliyyət göstərəcək.

Sonda UNEC-də “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələrin sualları cavablandırılıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay