A

UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə CYBERNETICS Milli Kibertəhlükəsizlik şirkəti və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb.

Tədbirdə “İnformasiya texnologiyaları”, “İnformasiya təhlükəsizliyi”, “Kibertəhlükəsizlik” və s. texnoloji ixtisaslar üzrə peşəkar kadr yetişdirilməsi və gənc kadrların məzun olduqdan sonra rahatlıqla bazarın tələbinə uyğun fəaliyyətlərə cəlb edilməsi kimi mövzulardan danışılıb. Həmçinin gənclərin innovativ texnoloji inkişaf üçün stimullaşdırılması, dövrün tələbinə uyğun olaraq dinamik tədris prossesi tələb edən ixtisaslarda fənn sillabuslarının və təcrübə imkanlarının önəmi vurğulanıb. Bununla yanaşı sənaye-təhsil müəssisələrinin birgə fəaliyyəti nəticəsində gənclərin elmi tədqiqatlara cəlb edilməsi kimi aktual mövzulara toxunulub.

TOP XƏBƏRLƏR