UNEC-də Elm Festivalı çərçivəsində “İqtisadiyyat, Ekonometrika və Maliyyə”, “Ətraf mühit elmləri”, “Biznes, menecment və mühasibat”, “Enerji”, “Riyaziyyat”, “Kompüter elmləri”, “Materialşünaslıq”, “Kimya və kimya mühəndisliyi” istiqamətləri üzrə son 5 ildə elmmetrik göstəricisi yüksək olan əməkdaşlar eləcədə, “Gələcəyin alimləri və mühəndisləri” adlı sərgidə aktiv iştirak edən tələbələr təltif olunublar.
Təltif olunma mərasimdə çıxış edən UNEC-in rektoru prof. Ədalət Muradov və elm və innovasiya məsələləri üzrə prorektor prof. Rövnəq Rzayev müəllim və tələbə heyətini təbrik edərək, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıblar.
Rektor tədbirdə UNEC-in təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan digər beynəlxalq tədbirlərdən, eləcədə universitetin gələcək hədəflərindən söz açıb.
Tələbələr UNEC-də onların keyfiyyətli təhsil almaları üçün yaradılan şəraiti yüksək qiymətləndirərək, universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Sonda rektor müəllim və tələbə heyətini “Təşəkkürnamə” ilə təltif edib.