A

Sentyabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov qəbul imtahanında 700 bal toplayaraq UNEC-ə qəbul olan Şahbaba Məmmədovla görüşüb.Rektor yüksək nəticə əldə etməsi münasibətilə tələbəni təbrik edib, savadlı, bilikli gənclərin ölkənin fəxri olduğunu bildirib. Azərbaycanlı gənclərin əldə etdiyi nailiyyətlərlə hamının qürur duyduğunu qeyd edən rektor, bu sahədə həm valideynlərin, həm də müəllimlərin böyük zəhməti olduğunu vurğulayıb.Şahbaba Məmmədov son illərdə UNEC-də görülən işləri, əldə edilən nailiyyətləri, beynəlxalq layihə və təqaüd proqramlarını mətbuatdan izlədiyini bildirib: “Bütün bunlar da seçim edərkən tərəddüd etmədən UNEC-i seçməyimə səbəb oldu”.Şahbaba Məmmədova öz tövsiyələrini verən rektor, onu universitetin ictimai həyatında fəal olmağa çağırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay