UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “19 İyun – UNEC Günü” münasibətilə voleybol turniri keçirilib.
Turnirdə universitetin tələbələrindən ibarət komandalar iştirak edib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda iştirakçılar yüksək komanda ruhu və idman bacarıqları nümayiş etdiriblər.
Yekun nəticələrə əsasən:
I yer – “Dəmir Yumruq” komandası
II yer – “Komissiya” komandası
III yer – “Tudifak” komandası
Turnirin qalibləri sertifikat və medallarla təltif olunublar.