UNEC-in Xarici Dillərin Tədrisi Mərkəzinin rus dili müəllimləri ilə Özbəkistan Dövlət İqtisad Universitetinin rus dili üzrə mütəxəssisləri arasında görüş keçirilib.
Görüş zamanı tərəflər arasında rus dilinin xarici dil kimi tədrisi sahəsində təcrübə mübadiləsi aparılıb, müasir tədris metodları və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər birgə dərslik və tədris vəsaitlərinin hazırlanması, elmi-praktik konfranslarda iştirak, akademik mübadilə proqramlarının təşkili və ortaq tədqiqat layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlıq perspektivlərini dəyərləndiriblər.